Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Baş səhifə
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Hikmət Hacıyev

Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqaz regionunda legitimliyi, qanuniliyi və beynəlxalq hüququn üstünlüyünü təmin edib.

“Report” “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq forumda bildirib.