
Bakı. Trend:
Zambiyada keçirilən prezident seçkilərində hazırkı prezident
Hakainde Hiçilema yenidən qalib gəlib.
Bu barədə Zambiya Seçki Komissiyası çərşənbə axşamı səhər
açıqlama verib.
Komissiya Zambiyanın paytaxtı Lusakadakı Milli Seçki Nəticələri
Mərkəzində rəsmi nəticələri elan edərək, Hiçilemanın seçkinin
qalibi olduğunu açıqlayıb.
Məlumata görə, 64 yaşlı Hiçilema etibarlı səslərin 50 faizindən
çoxunu toplayıb. Bununla da o, Konstitusiyanın tələb etdiyi şərti
yerinə yetirərək ikinci tur keçirilmədən seçkidə qəti qələbə
qazanıb.

