Goranboyda marketdə kassadakı pulu ələ keçirən şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Goranboy rayonu ərazisində yerləşən marketlərdən birinə daxil
olan naməlum maskalı şəxs satıcıya kəsici alətlə hədə-qorxu gələrək
kassada olan 410 manatı ələ keçirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı
Uğur Tağıyev müəyyən edilərək saxlanılıb. Həmin şəxsin marketə
daxil olması, kassadakı pulu ələ keçirməsi və hadisə yerindən
uzaqlaşması təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.