Gəncədə iki yaşlı uşaq ölüb

Cəmiyyət


Gəncədə iki yaşlı qız uşağı vəfat edib.

Oxu.Az xəbər verir ki, 2022-ci il təvəllüdlü E.İmamverdiyeva Gəncə şəhərində yaşadığı evdə dünyasını dəyişib.

İlkin araşdırmalar zamanı uşağın ağır septik vəziyyət, pnevmoniya və ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.RESMIXEBER.az