Futbol üzrə Dünya Çempionatı Meksikada keçirilməyə bilər

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə qarşıdan gələn dünya çempionatının bəzi oyunları
hüquq-mühafizə orqanları ilə narkokartellər arasında yaşanan
toqquşmalar səbəbindən Meksikadan başqa ölkəyə köçürülə bilər.

Trend bu barədə
xarici KİV-ə istinadən məlumat verir.

Məlumata əsasən, Beynəlxalq Futbol Federasiyasının (FİFA)
rəsmiləri vəziyyət nəzarətdən çıxacağı təqdirdə müxtəlif
variantları nəzərdən keçirməyə başlayıblar.




Bildirilir ki, oyunların başqa ölkəyə keçirilməsi məsələsi
yalnız son variant kimi təhlükəsizlik qurumlarının nümayəndələri və
kommersiya tərəfdaşları ciddi narahatlıq ifadə etdikləri halda
gündəmə gətiriləcək.

Qeyd edək ki, futbol üzrə 2026-cı il dünya çempionatının bu yay
ABŞ, Meksika və Kanadada keçirilməsi nəzərdə tutulub. Dünyanın ən
mötəbər idman turniri 11 iyunda başlayacaq və 18 iyulda
yekunlaşacaq.