Bakı. Trend:
Filippinin Anceles şəhərində tikilməkdə olan onmərtəbəli binanın
uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb.
Trend-in məlumatına görə, bu barədə “GMA News” televiziya kanalı
xəbər verib.
Yerli hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatı barədə
məlumat verib. Hadisə yerindən təxminən 10 nəfər qaça bilib.
Şəhərin mətbuat katibi Cey Pelayonun sözlərinə görə, “dağıntılar
altında təxminən 30-40 tikinti işçisi ola bilər”.

