Ermənistan prezidenti Vaaqn Xaçaturyan İkinci Dünya Sosial İnkişaf Sammitində iştirak etmək üçün Qətərə səfər edib.
“Report”un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, tədbir 4-6 noyabr tarixlərində Dohada keçiriləcək.
BMT-nin ev sahibliyi etdiyi sammitin məqsədi 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağı sürətləndirmək üçün yoxsulluq, bərabərsizlik və sosial təcridlə mübarizə aparmaq, layiqli əməyi təşviq etmək və sosial ədaləti gücləndirmək üçün beynəlxalq səyləri stimullaşdırmaqdır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

