Ərdoğan “Sülh Sammiti”ndə iştirak üçün Misirə səfər edəcək

Baş səhifə
Ərdoğan Sülh Sammitində iştirak üçün Misirə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza ilə bağlı keçiriləcək “Sülh Sammiti”ndə iştirak üçün oktyabrın 13-də Misirə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Səfərin detalları barədə məlumat paylaşılmayıb.

Qeyd edək ki, oktyabrın 13-ü Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı “Sülh Sammiti” keçiriləcək.