Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 dəfə artırılır

Baş səhifə

Bakı. Trend:

Azərbaycandan ixrac olunan vint, bolt və qaykaların gömrük
tarifi 20 dəfə artırılacaq.

Trend-in əldə
etdiyi məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədovun
sentyabrın 22-də imzaladığı müvafiq qərar
oktyabrın 23-də qüvvəyə minib.




Qərara əsasən, ölkədən ixrac olunan vint, bolt və qaykaların hər
1 000 kiloqramına görə gömrük tarifi 2029-cu ilin sonunadək 15 ABŞ
dollarından 300 ABŞ dollarına qaldırılıb.

Tarif artımı 23.10.2026 – 31.12.2029-cu illər tarixini əhatə
edəcək.