
Bakı. Trend:
Dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət,
ictimai əsaslarla fəaliyyət göstərən mərkəzi və yerli səviyyəli
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları
yaradılacaq.
Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
təsdiq edilən “Azərbaycan Respublikasında gender (kişi və
qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli
Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə
qruplarının yaradılması, gender bərabərliyi məsələləri üzrə
əlaqələndirmə qruplarının iş qaydası layihəsinin hazırlanması və
təsdiq edilməsi və gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə
qruplanının fəaliyyətə başlaması və gender bərabərliyinin təmini
sahəsində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi
planlaşdırılır.

