Dəmir yolu nəqliyyatı ilə yük daşınmasından əldə olunan gəlirlər açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycan dəmir yolu nəqliyyatı ilə yük və
sərnişin daşınmasından 400,7 milyon manat gəlir əldə edib.

Trend Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ildəki
göstərici ilə müqayisədə 8% azalma deməkdir.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə yüklərin
daşınmasından əldə edilən gəlirlər 384 milyon manat təşkil edib ki,
bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 9,4% azdır.




Eyni zamanda dövr ərzində dəmir yolu nəqliyyatı ilə sərnişin
daşımalarından əldə olunan gəlir isə 16,7 milyon manat təşkil edib
ki, bu da 2024-cü ildəki göstəriciyə nisbətən 42,6% çoxdur.

2025-ci ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 16,813
milyon ton yük (9,4% az) və 10,267 milyon sərnişin (20,4% çox)
daşınıb.