“Çıraq” yatağından indiyə qədər hasil edilmiş neft və qazın həcmi açıqlanıb

Baş səhifə
Çıraq yatağından indiyə qədər hasil edilmiş neft və qazın həcmi açıqlanıb

Bu il noyabrın 1-nə qədər “Çıraq” yatağından 106,8 milyon ton neft, 24,7 milyard m³ təbii qaz hasil edilib.

“Report” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

“Azərbaycan neft sənayesinin simvollarından sayılan Çıraq platformasından ilk neft hasilatına başlanılmasından 28 il ötür. “Çıraq”, “Azəri-Çıraq-Günəşli”dən ilk neft hasil edən platformadır. Cari ildə platformada ümumi hasilat təqribən gündə orta hesabla 21 min barrel təşkil edib”, – deyə nazirlik bəyan edib.