Bakı. Trend:
Çinin 12 vilayətindən olan 20 müəssisə Azərbaycana investisiya
yatırmaqda maraqlıdır.
Trend xəbər verir
ki, bunu Çinin ölkə xaricində müəssiələrin inkişafı üzrə
assosasiyanın baş katibi Xe Çjenvey Bakıda keçirilən I Azərbaycan
Beynəlxalq İnvestisiya Forumunda çıxışında deib.
“Bu foruma mənimlə Çində 20 müəssəsisənin nümayəndəsi gəlib,
onların az qala hamısı özəl şirkətlərdir. Onlar həmçinin
Azərbaycana investisiyalarda maraqlıdırlar. İnvestisiya forumunun
məhz Azərbaycanda keçirilməsini son dərəcə vacib hesab edirəm – bu
dialoq üçün əla meydançadır. Biz iştirakçıların müxtəlif ölkələrdən
gəldiyini görürük – Çinlə yanaşı, Avropadan gələnlər də var. Sözsüz
ki, bu xarici investisiyaların cəlb olunması üçün vacib
tədbirdir”,- deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan Çindən gələn investisiyalara
xüsusi diqqət yetirməlidir. Hazırda diqqət neft sektorundan digər
istehsal sahələrinə yönəlir ki, bu da ölkə üçün xüsusilə
əhəmiyyətlidir. Prioritetlər sırasında Xəzər nəqliyyat daşımaları,
həmçinin “yaşıl” energetikanın inkişafı dayanır.

