
Bakı. Trend
2025-ci ilin yanvar-oktyabr ayları ərzində 65 004 nəfərə uşağın
anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin
olunaraq Fond tərəfindən ödəniş edilib.
Trend xəbər
verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumata görə, müavinət ödənişləri 30 552 nəfər qız, 34 452
nəfər oğlan uşağına görə aparılıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində 89 809
nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik
müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Müavinət ödənişləri 42 112 nəfər qız, 47 697 nəfər oğlan uşağına
görə aparılıb.

