
Bakı. Trend:
Bu ilin ötən dövrü ərzində TƏBİB tabeliyində fəaliyyət göstərən
tibb müəssisələrində ümumilikdə 510 nəfər həkim işə qəbul
edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-in
İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri
Zamirə Ədilova məlumat verib.
Onun sözlərinə görə, onlardan 168 nəfəri rezidentura və
ordinatura təhsilini bitirməklə təyinat alıb və məhz ilk dəfə əmək
fəaliyyətinə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində start
verib.
“Eyni zamanda 40 nəfər həkim xaricdə tibb təhsili alaraq ilk
dəfə olaraq TƏBİB sistemində fəaliyyətə başlayıb.
TƏBİB gənc mütəxəssislərin səhiyyə sisteminə inteqrasiyasını
təşviq etmək, onların peşəkar inkişafına və bölgələrdə keyfiyyətli
tibbi xidmətin təmin olunmasına şərait yaratmaq məqsədilə müvafiq
dəstək tədbirlərini davam etdirir”,- deyə Z. Ədilova qeyd edib.

