Britaniya polisi etirazları məhdudlaşdırmaq üçün yeni səlahiyyətlər alacaq

Baş səhifə

Bakı. Trend:

Britaniya polisinə etiraz aksiyalarını məhdudlaşdırmaq üçün yeni
səlahiyyətlər veriləcək.

Trend xəbər verir
ki, bu barədə ölkənin daxili işlər naziri Şabana Mahmud “Sky News”a
açıqlama verib.




Nazirin sözlərinə görə, “İctimai asayiş haqqında” qanuna təklif
edilən dəyişikliklər mitinqlərin keçirilə biləcəyi vaxt və yerə
məhdudiyyətlərin tətbiqini nəzərdə tutur:

“Qanunvericilikdə boşluq var və mövcud məhdudlaşdırıcı
təcrübələr uyğunsuzluq təşkil edir. Buna görə də, mən bu vəziyyəti
düzəltmək üçün təcili tədbirlər görəcəyəm, həmçinin polis
səlahiyyətlərinin üzləşdiyi problemlərin miqyasına uyğun olmasını
təmin etmək məqsədilə etirazlarla bağlı qanunvericiliyi yenidən
nəzərdən keçirəcəyəm”, – deyə Mahmud bildirib.