Britaniya Aİ ilə Avropa müdafiə fonduna qoşulma danışıqlarında razılığa gələ bilməyib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya Avropa İttifaqı ilə “Security Action for Europe”
(SAFE) adlı müdafiə fonduna qoşulmaq barədə razılığa gələ
bilməyib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Aİ ilə
əlaqələr üzrə dövlət naziri Nik Tomas-Simonds bəyan edib.




“Böyük Britaniyanın SAFE-in birinci raundunda iştirakına dair
danışıqları başa çatdıra bilməməyimiz məyusluq yaratsa da
Britaniyanın müdafiə sənayesi əvvəlki kimi yenə də üçüncü ölkələr
üçün nəzərdə tutulmuş şərtlərlə SAFE çərçivəsindəki layihələrdə
iştirak edə biləcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, Britaniyanın mövqeyi belədir ki, dövlət
yalnız milli maraqlara cavab verən və qiymət–dəyər baxımından
səmərə verən sazişləri imzalayacaq.