
Bakı. Trend:
Amerikalı milyarder və Microsoft şirkətinin təsisçisi Bill
Geytsin mövqeyini dəyişdiyi və artıq süni intellektin (Sİ) 1
milyard insanın ölümü ilə nəticələnə biləcək hadisələrə səbəb ola
biləcəyini düşünmədiyi iddia olunur. Bu fikri sentyabrın 29-da ABŞ
Prezidenti Donald Tramp səsləndirib.
Ağ Evdə jurnalistlər ondan Geytsin bununla bağlı açıqlamalarını
şərh etməsini istəyiblər. “İndi o, artıq belə demir”, — deyə dövlət
başçısı cavab verib.
“Bazar günü onun nə dediyi mənim üçün əhəmiyyət daşımır, çünki
sizə deyə bilərəm ki, dünən o, ümumiyyətlə belə bir fikir
səsləndirməyib, — deyə prezident iddia edib. — Əslində, o, tamamilə
əks mövqe ifadə edib. Amma qulaq asın, bu, sadəcə bir şəxsin
fikridir. O, həqiqətən də tamamilə əks mövqe bildirib. Biz buna
müsbət tərəfdən baxırıq. Bundan əlavə, deyirlər ki, bu (Sİ — TASS)
bəlkə də ən böyük sənayedir və miqyasına görə hətta Sənaye
inqilabını belə geridə qoyur”.
ABŞ lideri Geytsin sentyabrın 28-dəki çıxışını harada
dinlədiyini dəqiqləşdirməyib.
Sentyabrın 27-də NBC News telekanalına müsahibəsində milyarder
Trampın Sİ-yə yanaşmasını tənqid edib və Sİ ilə bağlı risklərin
qarşısını almağa yönəlmiş dövlət tədbirlərinin tətbiqinin
zəruriliyini bildirib.
Microsoft-un təsisçisi son vaxtlar dəfələrlə ictimaiyyəti Sİ-nin
inkişafına məhdudiyyətlər qoymağa çağırır. O, avqust ayında
bildirib ki, bədxah şəxslər bu texnologiyalardan kiberhücumlar,
fırıldaqçılıq və dezinformasiyanın yayılması üçün istifadə edə
bilərlər. Bu isə xəst

