Bakıda Qərbi Azərbaycana qayıdış mövzusu müzakirə olunub

Baş səhifə
Bakıda Qərbi Azərbaycana qayıdış mövzusu müzakirə olunub

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə təşkil edilib.

“Report” xəbər verir ki, tədbirdə Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasındadkı (AMEA) nitqindən müvafiq çıxarışlar ətrafında müzakirələr aparılıb.

Qeyd edilib ki, hazırda Azərbaycan qeyri-hökumət təşkilatlarının (QHT) üzərinə mühüm vəzifələr düşür. Bildirilib ki, Ermənistandakı bəzi qüvvələrin və erməni diasporunun Azərbaycan tarixini saxtalaşdırmaq cəhdlərini davam etdirməsi bu sahədə daha ayıq-sayıq olmağı, arxayınlaşmamağı tələb edir.

Azərbaycan QHT-ləri Qərbi Azərbaycan istiqamətində fəaliyyətlərini gücləndirməli, beynəlxalq ictimaiyyətə azərbaycanlıların indiki Ermənistan ərazisinə sülh şəraitində, dinc yolla qayıdışının təməl insan hüquqları məsələsi olduğunu daha geniş şəkildə çatdırmalıdır.

QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunun müxtəlif aspektləri barəsində diskussiyalar aparıb. Bu istiqamətdə müzakirələrin yerlərdə də genişləndirilməsi qərara alınıb.