Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Mayın 13-də Bakı şəhərinin sakinləri və qonaqları arasında
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə
məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

Trend xəbər verir ki,
ictimai proqram çərçivəsində interaktiv fəaliyyətlər,
maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr
vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti,
innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş
auditoriyaya çatdırılıb.




30 mindən çox iştirakçı ilə Dənizkənarı Milli Park ərazisində
yerləşən “Saat qülləsi”nin yaxınlığında keçirilən interaktiv
proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularına dair suallar
əsasında müsabiqələr təşkil edilib. Düzgün cavab verən
iştirakçılara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Bakıda keçirilən ictimai proqram WUF13
Festivalının ölkənin müxtəlif şəhərlərində təşkil olunan tədbirlər
silsiləsinin yekun mərhələsi olub.