Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ofislərin birindən
orada çalışan şəxsə məxsus 9000 dollar dəyərində fotoaparatın
oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən,
araşdırmalarla fotoaparatın zərərçəkmişlə eyni ofisdə çalışan
həmkarı tərəfindən oğurlanması müəyyən edilib.




Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis
Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.