
Bakı. Trend:
2025-ci ilin ilk üç rübü ərzində “BTC Ko.” şirkəti
“Bakı-Tbilisi-Ceyhan” neft boru kəməri üzrə əməliyyat xərclərinə
təxminən 97 milyon dollar, əsaslı xərclərə isə 50 milyon dollar
vəsait xərclənmişdir.
Bu barədə Trend
bp-yə istinadla xəbər verir.
Müqayisə üçün, 2024-cü ilin eyni dövründə əməliyyat xərcləri 104
milyon dollar, əsaslı xərclər isə 28 milyon dollar təşkil etmişdi.
Beləliklə, illik ifadədə əməliyyat xərcləri 6,7 faiz azalıb, əsaslı
xərclər isə 1, 8 faiz artıb.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun
ayında istismara veriləndən 2025-ci ilin sentyabr ayının sonunadək
bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 613 milyon ton (4,6
milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6078
tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
“BTC Ko.”nun səhmdarları bunlardır: bp (30,10%), SOCAR (32,97%),
MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%),
İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS
(2,50%) şirkətləridir.

