
Bakı. Trend:
Almaniyanın paytaxtı Berlində keçirilən paraüzgüçülük üzrə Dünya
Seriyasına yekun vurulub.
Trend xəbər verir ki,
Azərbaycanın yeniyetmə paralimpiyaçısı Əli Vəliyev S10
kateqoriyasında 400 metr məsafəyə sərbəst üzmə üsulunda 4:37.18
nəticə ilə gənclər arasında gümüş medal qazanıb.
Qeyd edək ki, Ə.Vəliyev daha əvvəl 100 metr məsafəyə “butterfly”
(kəpənək) üzmə üsulunda Dünya Seriyasının bürünc medalına layiq
görülüb.

