Azərbaycanda beş faydalı qazıntı yatağı istifadəyə verildi

Baş səhifə

Bakı.Trend:

İmişli rayonu “Bəhrəmtəpə II” qum-çınqıl yatağı “Retro Holding”
MMC-yə 616000,00 manata bir illik istismara verilib. Yatağın
hərracda başlanğıc qiyməti 21800,00 manat olub.

Trend xəbər
verir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yerin
təkindən istifadə ilə bağlı 29 yanvar 2026-cı il tarixində
keçirilmiş hərracın nəticələri haqqında məlumatında bildirilir.




Hərracda həmçinin, Göyçay rayonu “Göyçay” qum-çınqıl yatağı,
Ağsu rayonu “Ağsuçay” qum-çınqıl yatağı, Ağdam rayonu “Şelli” üzlük
daşı (mərmərləşmiş əhəngdaşı) yatağı, Ağdam rayonu “Burundağ” üzlük
daşı (mərmərləşmiş əhəngdaşı) yatağı da 1 il müddətinə müxtəlif
MMC-lərə istismara verilib.

Daha ətraflı: https://emlak.gov.az/az/news/view/10027-Yerin-t%C9%99kind%C9%99n-istifad%C9%99-il%C9%99-bağlı-29-yanvar-2026-cı-il-tarixind%C9%99-keçirilmiş-h%C9%99rracın-n%C9%99tic%C9%99l%C9%99ri-haqqında-m%C9%99lumat