
Bakı. Trend:
Azərbaycan və Moldova arasında məxfi məlumatların mübadiləsi və
qarşılıqlı mühafizəsi həyata keçiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında
müzakirə edilib.
Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Moldova
Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və
qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
qanun layihəsi müzakirə edilərək plenar iclasa tövsiyə edilib.

