Azərbaycan Basketbol Liqasının XII turunda daha iki qarşılaşma baş tutacaq

Baş səhifə
Azərbaycan Basketbol Liqasının XII turunda daha iki qarşılaşma baş tutacaq

Azərbaycan Basketbol Liqasının XII turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

“Report”un məlumatına görə, hər iki matç A qrupunda keçiriləcək.

Saat 14:00-da “Sabah” NTD ilə üz-üzə gələcək. “Sabah” 19 xalla qrupda ikinci yerdədir. Sonuncu – 6-cı pillədə olan NTD-nin isə 11 xalı var.

Günün son qarşılaşması saat 17:00-da “Neftçi” və “Şəki” arasında keçiriləcək. “Neftçi” 14 xalla 4-cüdür. “Şəki” isə 13 xalla beşinci pillədə yer alıb.

Hər iki matç “Sərhədçi” İdman Mərkəzində oynanılacaq.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” “Sərhədçi”ni (72:69), “Naxçıvan” isə “Sumqayıt”ı (97:81) üstələyib. XII tura yanvarın 11-də yekun vurulacaq.