Azərbaycan Basketbol Liqasında XVIII tura yekun vurulub

Baş səhifə
Azərbaycan Basketbol Liqasında XVIII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XVIII tura yekun vurulub.

“Report”un məlumatına görə, turun sonuncu qarşılaşmasında “Neftçi” ilə “Gəncə” kollektivi üz-üzə gəlib.

Sərhədçi İdman Mərkəzində baş tutan qarşılaşma Bakı klubunun 76:72 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Sumqayıt” “Quba”nı (117:116), “Sərhədçi” “Ordu”nu (70:67), “Naxçıvan” “Lənkəran”ı (104:73), “Sabah” “Şəki”ni (102:82), “Abşeron Lions” isə NTD-ni (107:88) məğlub edib.