Azər Mursaqulov
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu ümumi daxili məhsulunun (ÜDM) 19,5 %-i qədər olub.
“Report” xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib.
“Beləliklə, Prezident İlham Əliyevin 2018-ci ildə təsdiq etdiyi “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” çərçivəsində bütün hədəflərə nail olunub. Borcun ÜDM-ə nisbəti strategiyada nəzərdə tutulan həddən (30 %) kifayət qədər aşağı səviyyədə qərarlaşıb”, – deyə o qeyd edib.
Nazirlik rəsmisi 2022-ci ildə sözügedən strategiyanın yeniləndiyini 2025-ci ilin sonuna qədər olan dövrü əhatə etdiyini xatırladıb.
“Strategiyanın əsas prinsipi borcun dayanıqlılığınını təmin etmək, risk meyarlarını azalmaq, müəyyən hədəflər müəyyən etməkdir. Strategiyanın icrası çərçivəsində son 7 ildə ardıcıl və məqsədyönlü addımlar ataraq bütün hədəflərə nail olmuşuq”, – deyə o əlavə edib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

