Bakı.Trend:
Astarada sürücünün həyatını itirməsi ilə nəticələnən qəza baş
verib.
Trend xəbər
verir ki, hadisə oktyabrın 12-də qeydə alınıb.
Belə ki, oktyabrın 12-si saat 10 radələrində Cəsarət Əliyev
idarə etdiyi “VAZ 21214” markalı avtomobillə Astara rayon Təngərüd
kəndindən Pensər kəndi istiqamətində hərəkətdə olarkən yolun sol
tərəfinə dönən 1965-ci il təvəllüdlü Kamran Məmmədovun idarə etdiyi
“Mercedes” markalı avtomobili ötmək istəyən zaman həmin avtomobilin
sol tərəfi ilə toqquşub.
Hadisə nəticədə Kamran Məmmədov həmin yerində ölüb, Cəsarət
Əliyev isə aldığı bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi
xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Astara RPŞ-nin İstintaq bölməsində CM-nin 263.2-ci
maddəsi ilə cinayət işi başlanmışdır, hazırda istintaq
aparılır.

