
Bakı. Trend:
Almaniyada yanvar-iyun aylarında sığınacaq üçün ilkin
müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.
Bu dövrdə ölkədə 39 min 646 ilkin sığınacaq müraciəti qeydə
alınıb. Ötən ilin eyni dövründə bu göstərici 61 min 336, 2024-cü
ilin ilk yarısında isə 121 min 416 olub. Beləliklə, ilkin
müraciətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 35 faiz,
2024-cü ilin ilk yarısı ilə müqayisədə isə 67 faiz azalıb.
İyunda müraciətlərin sayı daha da azalaraq 4721 təşkil edib. Bu
azalma ölkədə miqrasiya sahəsində sərt idarəetmənin həyata
keçirilməsi ilə əlaqələndirilir.
Məlumata görə, azalma ümumavropa tendensiyasına uyğundur. İlin
ilk beş ayında “Frontex” Avropa İttifaqının xarici sərhədlərində
təxminən 39 min qanunsuz sərhəd keçidi qeydə alıb ki, bu da ötən
ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz azdır.

