ABŞ yük maşınlarının idxalına rüsumlar tətbiq edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ noyabrın 1-dən etibarən digər ölkələrdən idxal edilən orta
və iri yükgötürmə qabiliyyətli yük maşınlarına 25% rüsum tətbiq
edəcək.

Trend xəbər verir ki, bu
barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında
məlumat verib.




Tramp daha əvvəl tariflərin oktyabrın 1-dən qüvvəyə minəcəyini
bəyan etsə də, bu tarix təxirə salınıb.

Onun sözlərinə görə, bu addım ABŞ yük maşınları istehsalçıları “Peterbilt”, “Kenworth”, “Freightliner” və “Mack Trucks”
şirkətlərini qorumaq üçün atılır.