ABŞ şirkətləri Azərbaycanın nəqliyyat və turizm imkanlarını yüksək qiymətləndirir – Xuş Çoksi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan müxtəlif nəqliyyat dəhlizləri və turizm sektoru ilə
bağlı geniş imkanlara malikdir.

Trend xəbər verir
ki, bunu Bakıda keçirilən brifinqdə ABŞ Ticarət Palatasının
beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş
vitse-prezidenti Xuş Çoksi bildirib.




O qeyd edib ki, Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə bank
və maliyyə sektorlarında da yeni imkanlar açılır. “Müxtəlif
nəqliyyat dəhlizləri ilə bağlı çoxsaylı imkanlar mövcuddur.
Rəqəmsal ödənişlər və ümumiyyətlə bu artım sahəsində böyük
potensial var”, – deyə Çoksi bildirib.

Baş vitse-prezident həmçinin turizm sektoruna toxunaraq
bildirib: “Turizm çox geniş bir kateqoriyadır: buraya Boeing
təyyarələri və Hilton, Marriott və digər beynəlxalq brendlərdən
olan otellər daxildir. Beləliklə, burada imkanların çeşidi olduqca
genişdir”.