ABŞ-nin San Dieqo şəhəri yaxınlığında meşə yanğını baş verib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərinin şimalında meşə
yanğını baş verib.

Bu barədə yerli mətbuatda məlumat verilib.

Məlumata əsasən, hakimiyyət orqanları bəzi ərazilərin sakinləri
üçün təxliyə əmri verib.




Yerli yanğınsöndürmə rəsmiləri bildiriblər ki, “Sorrento”
yanğını 53 hektar əraziyə yayılıb və onun 15 faizi
lokallaşdırılıb.

Yanğınla mübarizədə 160 yanğınsöndürən və 54 texnikanın iştirak
etdiyi bildirilir.