ABŞ məhkəməsi İlon Maskın 2018-ci il maaş paketi ilə bağlı qərarı ləğv etdi

Baş səhifə

Bakı. Trend:

ABŞ-da məhkəmə “Tesla” şirkətinin baş direktoru İlon Maskın
2018-ci ildə təsdiqlənmiş maaş paketini ləğv edən əvvəlki qərarı
qüvvədən salıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, Delaver ştatının Ali Məhkəməsi aşağı instansiya
məhkəməsinin Maskın çoxmilyardlıq əməkhaqqı paketinin ləğvi ilə
bağlı qərarını “əsassız və həddindən artıq” hesab edərək onu ləğv
edib. Beləliklə, 2018-ci ildə “Tesla” rəhbərliyi tərəfindən
təsdiqlənmiş maaş paketi yenidən bərpa olunub.




Xatırladaq ki, bu ilin əvvəlində Delaver məhkəməsi sözügedən
paketi “ədalətsiz və həddindən artıq yüksək” qiymətləndirərək ləğv
etmişdi. Qərarda Maskın idarə heyətinə təsir imkanlarının yetərincə
nəzərə alınmadığı iddia olunurdu.

Ali Məhkəmə isə apellyasiya şikayətini təmin edərək əvvəlki
hökmü qüvvədən salıb.

Qeyd edək ki, İlon Mask bu qərardan sonra “Tesla”nın hüquqi
qeydiyyatının Delaverdən Texas ştatına köçürülməsi ehtimalını da
gündəmə gətirmişdi.