ABŞ Kuba yaxınlığında kəşfiyyat uçuşlarının sayını artırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ ordusu Kuba sahillərində kəşfiyyat uçuşlarının sayını
əhəmiyyətli dərəcədə artırıb.

Trend-in məlumatına görə, bu barədə “CNN” televiziya şirkəti
mənbələrə istinadən xəbər verib.




Məlumata əsasən, fevralın 4-dən bəri ABŞ Hərbi Hava Qüvvələri və
Hərbi Dəniz Qüvvələri ada sahillərində ən azı 25 uçuş həyata
keçirib ki, bunların əksəriyyəti Havana və Santyaqo de Kuba
yaxınlığında baş verib.

ABŞ ordusu bu missiyalar üçün əsasən “P-8A Poseidon” dəniz
kəşfiyyat təyyarələrindən istifadə edib. “RC-135V Rivet Joint”
kəşfiyyat təyyarələri və “MQ-4C Triton” pilotsuz uçuş aparatları da
uçuşlar həyata keçirib.