Bakı. Trend
ABŞ-ın böyük bir hissəsini bürüyən şiddətli qış fırtınası ən azı
30 nəfərin ölümünə səbəb olub.
Trend-in məlumatına görə, bu barədə “Associated Press” agentliyi
xəbər verib.
Məlumata əsasən, ölənlər arasında Massaçusets və Ohayo
ştatlarında qar təmizləyən maşınların vurduğu iki nəfər, Arkanzas
və Texasda isə xizək sürərkən ölümcül yaralanan yeniyetmələr və
Kanzas ştatının Emporia şəhərində basdırılmış cəsədi tapılan bir
qadın var.
Nyu-York şəhər hakimiyyətinin məlumatına əsasən, təkcə ötən
həftəsonu şəhər küçələrində səkkiz nəfərin cəsədi tapılıb.
Təbii fəlakət genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. “Poweroutage.com” portalı bildirib ki, bazar ertəsi axşamına qədər
630 mindən çox müştəri elektrik enerjisiz qalıb.

