Donald Tramp administrasiyası ABŞ-də ərzaq qiymətlərinin artmasına cavab olaraq mövcud tariflərə genişmiqyaslı güzəştlər elan edə bilər.
“Report”un məlumatına görə, bu barədə “The New York Times” mənbələrə istinadən xəbər yayıb.
Mənbələrin məlumatına görə, tədbir ABŞ-nin aprel ayında tətbiq etdiyi bəzi cavab tariflərinə təsir göstərə bilər və Vaşinqtonla hələ ticarət müqavilələri bağlamamış ölkələrdən idxal olunan məhsullar tariflərdən azaddır.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

