Suraxanı rayonunda yol-nəqliyyat hadisəsində piyadanın beli sınıb

Cəmiyyət

Bakının Suraxanı rayonunda 32 yaşlı kişini avtomobil vurub, piyadanın beli sınıb.

“Report”un məlumatına görə, 1991-ci il təvəllüdlü Yusubzadə Tahir Mahir oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir