
Bakı. Trend:
Avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə
yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı
gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, axşam
isə intensiv və qısa müddətli güclü olacağı ehtimalı var. Arabir
güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-26° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli
intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə
və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi bəzi
yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-29° isti,
dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.

