
Bakı. Trend:
“İnter”in yarımmüdafiəçisi Kristiyan Aslani karyerasını
Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
“Əl-Cəzirə” albaniyalı futbolçunu icarəyə götürüb. Bu barədə
klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı dayaq yarımmüdafiəçisi mövsümün sonunadək Asiya
təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Kristiyan Aslani 2025/26 mövsümünün ikinci
yarısında icarə əsasında “Beşiktaş”da çıxış edib. Albaniya
millisinin üzvü “qara qartallar”ın heyətində meydana çıxdığı 17
rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

