Dövlət icra məmuru olmaq istəyən şəxslər üçün test imtahanı keçirilib

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə icra
məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test
imtahanı keçirib.

Bu barədə DİM məlumat yayıb.

Vurğulanıb ki, imtahan bu gün kompüterlər vasitəsilə elektron
formada təşkil edilib.




Namizədlər imtahanı başa vurduqdan və ya ayrılmış vaxt
tamamlandıqdan sonra nəticələri ilə tanış olmaq imkanı əldə
ediblər. İmtahanın nəticələri, həmçinin DİM-in rəsmi internet
səhifəsində yerləşdiriləcək.

Nəticələrlə bağlı apellyasiya müraciətlərinə baxılması üçün
Apellyasiya Komissiyası iyulun 13-dən 15-dək, saat 14:00-dan
17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.