Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər
Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə
başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Əlahəzrət,

Atanız – görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd
bin Xəlifə Al Taninin vəfatı xəbərini dərin kədər hissi ilə
qarşıladıq.

Şeyx Həməd bin Xəlifə Al Tani Qətər Dövlətinin tarixində
silinməz iz qoymuş, bütün həyat və fəaliyyəti ilə Vətəninə hədsiz
sədaqət nümunəsi göstərmiş və onun rifahı naminə fədakarcasına
çalışmış xalqının böyük lideri idi.

Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında dostluq və
əməkdaşlıq münasibətlərinin təşəkkülündə və inkişafında onun
müstəsna xidmətləri olmuşdur. Azərbaycana səfərlərini və onunla
görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Ata Əmir Əlahəzrət
Şeyx Həməd bin Xəlifə Al Taninin əziz xatirəsi qəlbimizdə daim
yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin
bütün üzvlərinə, Qətər Dövlətinin qardaş xalqına öz adımdan və
Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”.