
Bakı.Trend:
Ötən gün yabanı halda bitmiş 19,4 ton çəkidə 24503 ədəd çətənə
kolu isə aşkarlanaraq məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti
məlumat yayıb.
“İyunun 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar
olunaraq götürülüb”,-deyə nazirliyin Mətbuat Xidmətindən
bildirilib.
Ötən gün aşkarlanan qanunsuz-silah sursat sayı da açıqlanıb.
“Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı
rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 alışdırıcı,
5 tüfəng, 4 patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar
edərək götürüblər”,-deyə qurumun Mətbuat Xidmətindən əlavə
edilib.

