
Bakı.Trend:
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzi piyada keçidlərinin yaxınlığında baş verən yol-nəqliyyat
hadisələri ilə bağlı sürücülərə müraciət edib.
Mərkəzdən bildirilib ki, piyada keçidlərinə yaxınlaşarkən bəzi
sürücülərin yol nişanlarına vaxtında diqqət yetirməməsi qəfil və
sərt əyləcləməyə səbəb olur. Düzgün ara məsafəsi saxlamayan
nəqliyyat vasitələri isə bu zaman qarşıdakı avtomobilə çırpılır və
qəzalar baş verir.
Qeyd olunub ki, belə halların qarşısını almaq üçün sürücülər
piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, yol nişanlarına
diqqət yetirməli və təhlükəsiz ara məsafəsini qorumalıdırlar.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vurğulayıb ki, bu
qaydalara əməl olunması həm piyadaların vurulması, həm də
zəncirvari yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına imkan
verir.
Mərkəz bununla bağlı görüntülər də yayımlayıb.

