Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır – Putin

Baş səhifə

Bakı. Trend:

Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən
energetika sahəsində danışıqlar aparır.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin 29-cu
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq
xəbər agentliklərinin nümayəndələri ilə görüşündə AZƏRTAC-ın İdarə
Heyətinin sədri Vüqar Əliyevin sualına cavabında bildirib.

“Biz bir sıra konkret istiqamətlər üzrə danışıqlar aparırıq. Bu
barədə danışmaq hələ tezdir. Bu, ilk növbədə, energetikaya aiddir.
Biz Prezident İlham Əliyevlə görüşəcəyik və bütün bunlar haqqında
mütləq danışacağıq”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Prezident Putin, həmçinin qeyd edib ki, iki ölkə arasında
münasibətlər çox müsbət istiqamətdə davam edir.