
Bakı. Trend:
İran milli futbol komandası qarşıdan gələn 2026-cı il dünya
çempionatında iştirak edəcək.
Trend-in
məlumatına görə, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları
Federasiyasının (FIFA) prezidenti Canni İnfantino FIFA-nın
Vankuverdə keçirilən konqresində verib.
“Əlbəttə ki, İran komandası dünya çempionatında iştirak edəcək.
Komanda ABŞ-da oynayacaq. Səbəb sadədir: biz birləşməliyik,
insanları bir araya gətirməliyik. Bu, bizim məsuliyyətimizdir.
Dünya futbol vasitəsilə birləşir”, – deyə o bildirib.

