Dövlət və icmal büdcələrin gəlirləri proqnozu üstələyib

Baş səhifə

Bakı. Trendx:

2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında
müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları
tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət
büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə
alınıb.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri
9 milyard 599 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9
milyon manat və ya 5.0 faiz üstələyib.




Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 milyard
12,5 milyon manat proqnoza qarşı 7 milyard 817,1 milyon manat
məbləğində icra edilib ki, bu da 97.6 faiz təşkil edir.

2026-cı ilin yanvar-mart ayları ərzində icmal büdcənin gəlirləri
8 milyard 852,6 milyon manat, xərcləri isə 9 milyard 43,6 milyon
manat məbləğində icra edilib.