Bakıda sürüşmə təhlükəsinə görə bu avtobusların hərəkət qrafiki dəyişdirildi

Baş səhifə

Bakı.Trend:

Bakının Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi
istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin
hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm
marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat
verilib.




Dəyişikliyə əsasən, 72, 120A, 125, 149, 205 və E1 nömrəli
marşrutların hərəkəti “20-ci sahə dairəsi” – Şəfəq küçəsi ilə
təşkil olunub.

Qeyd edək ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,
20-ci sahə istiqamətində avtomobil yolunun keçdiyi ərazidə sürüşmə
təhlükəsi yaranıb.