Daşqın nəticəsində 45 nəfər öldü

Baş səhifə

Martın 25-də başlayan leysan yağışları və buna bağlı hadisələr nəticəsində Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində azı 45 nəfər ölüb, 105 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Modern.az xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələrinə istinadən “Geo” telekanalı məlumat yayıb.

Əyalətin Fövqəladə Hallar İdarəsinin məlumatına görə, region sakinlərinin həlak olmasının və xəsarət almasının əsas səbəbi güclü su axınlarının təməlini yuduğu binaların çökməsi olub. Ümumilikdə 442 yaşayış evinə ziyan dəyib, onlardan 60-ı təbii fəlakət nəticəsində tamamilə dağılıb.