FHN Keşlədə kollektorda yaranan nasazlıqla bağlı əraziyə cəlb olunub

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Nizami rayonunun Keşlə qəsəbəsində kollektorda yaranmış
nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat
daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə
və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb
edilib.




Hazırda su basmış evlərdən vətəndaşların təxliyəsi və digər
zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.